Pentaqon: İran Konsulluğuna hücumla əlaqəmiz yoxdur

Pentaqon: İran Konsulluğuna hücumla əlaqəmiz yoxdur
# 03 aprel 2024 10:15 (UTC +04:00)

“İran tərəfinə qətiyyətlə bəyan etmişik ki, İranın Dəməşqdəki Konsulluğuna hücumla əlaqəmiz yoxdur”.

APA-nın məlumatına görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqx ənənəvi brifinqdə bildirib.

O bildirib ki, ölkəsinin rəsmi mövqeyi Tehrana diplomatik kanallar vasitəsilə çatdırılıb.

S. Sinqxin sözlərinə görə, aviazərbələr nəticəsində İnqilab Keşikçiləri korpusunun həlak olan rütbəli zabitlərinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Rəsmi nümayəndə bəyan edib ki, ölkəsi səbəbindən asılı olmayaraq diplomatik nümayəndəliklərə hücumu dəstəkləmir.

Qeyd edək ki, İran tərəfi sözü gedən hadisə zamanı 7 nəfərin öldüyü ilə bağlı məlumat yayıb.

Fərid Azəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR