Pentaqon rəhbəri: Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi müəyyən edəcək

Pentaqon rəhbəri: Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi müəyyən edəcək
# 03 dekabr 2023 07:26 (UTC +04:00)

Ukrayna Amerika üçün böyük əhəmiyyət kəsb edir və müharibənin nəticəsi dünyanın gələcəyini müəyyən edəcək.

APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin brifinq zamanı deyib.

Ostinin sözlərinə görə, Rusiya ordusu təkcə Ukrayna qoşunları sayəsində deyil, həm də ABŞ rəhbərliyinin işinin nəticələri sayəsində zəifləyib.

“İlk növbədə, bu, inanılmaz dərəcədə cəsur Ukrayna qoşunlarının sayəsindədir. Lakin Ukraynanın nailiyyətləri həm də ikipartiyalı ABŞ rəhbərliyinin və bizim qurduğumuz 50-yə yaxın ölkənin koalisiyasının nəticəsidir”, - Ostin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR