İran səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
22 may 2020 14:12 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Təbrikdə deyilir: "Quranın baharı, İlahi rəhmətin nazil olduğu və insan ruhunun yüksəlişi olan Müqəddəs Ramazan bayarmının gəlişi münasibətilə dost və qardaş Azərbaycan Respublikası xalqını və dövlətini təbrik etməkdən fəxr duyuram.
Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir. Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir. Sonda Mütaal Allahdan Azərbaycan Respublikası dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - “Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd edəcəyik.
İlahi, Ramazan bayramında bizim bayramlığımızı bütün müsəlmanların oruc və ibadətlərinin qəbulu və bu bərəkətli aydan faydalanmağı qərar ver.
Xüdahafiz ey Ramazan, ey Allahın ən böyük ayı və ey Allah dostlarının bayramı!".
Xarici siyasət
XİN: Paşinyanın 2023-cü ildə qondarma “müstəqillik”lə bağlı separatçı xunta rejiminə təbrikini heç kəs unutmayıb
14:58
12 oktyabr 2024
Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
14:54
12 oktyabr 2024
Azərbaycan XİN Paşinyana cavab verib: Reallıqları təhrif edir
14:47
12 oktyabr 2024
Milli Məclis Niderland Krallığı Parlamentinin qətnaməsini pisləyib
14:45
12 oktyabr 2024