Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin martın 31-ə investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 33,16% təşkil edib.
"APA-Economics"in ARDNF-in 2020-ci ilin 3 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 33,06%, Şimali Amerika 27,22%, Avstraliya-Yeni Zelandiya 1,09%, Yaxın Şərq 0,74%, Cənubi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,68% təşkil edib.
Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 63,93%, inkişaf etməkdə olan ölkələrin payı 31,39%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,68% olub.
Bundan başqa, hesabat dövründə ARDNF-in investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 68,7%, səhmlər 12,4%, daşınmaz əmlak 6,1%, qızıl isə 12,8% təşkil edib.
Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 41 339,10 mln. manata çatıb.