Misir, Qətər və ABŞ liderləri İsrail və HAMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını dərhal bərpa etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani, Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Baydenin birgə bəyanatında deyilir.
“Biz hər iki tərəfi 15 avqust - Cümə axşamı günü Doha və ya Qahirədə təcili danışıqları bərpa etməyə, qalan boşluqları doldurmağa və heç bir gecikmə olmadan sazişin icrasına başlamağa çağırırıq”, - deyə bəyanatda deyilir.