Seçicilərin 80%-i Trampa hücumdan sonra ABŞ-da siyasi zorakılıqdan qorxur

Seçicilərin 80%-i Trampa hücumdan sonra ABŞ-da siyasi zorakılıqdan qorxur
# 18 iyul 2024 03:51 (UTC +04:00)

Qeydiyyatdan keçmiş ABŞ seçicilərinin 80%-dən çoxu prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdindən sonra siyasətçilərin təhlükəsizliyi ilə bağlı vəziyyətin nəzarətdən çıxmasından narahatdır.

APA xəbər verir ki, bu məlumatlar iyulun 17-də “The Hill” nəşrinin dərc etdiyi “Ipsos” şirkətinin keçirdiyi sorğusunun nəticələrində qeyd olunub.

Sorğuda iştirak edənlərin 84%-i hesab edir ki, radikal görüşlərin tərəfdarları qarşıdan gələn seçkilərin nəticələrindən razı qalmasalar, hücumlarını davam etdirəcəklər.

Eyni zamanda, demokratların 90%-i, respublikaçıların 77%-i və bitərəflərin 81%-i seçkilərlə bağlı siyasi zorakılıq təhlükəsindən narahat olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR