Gəncədə 22 yaşlı qız dəm qazından zəhərlənib

Gəncədə 22 yaşlı qız dəm qazından zəhərlənib
# 15 mart 2020 17:51 (UTC +04:00)

Gəncədə gənc qız dəm qazından zəhərlənib. 

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayl Xətai prospektində yerləşən yaşayış binasında mənzillərin birində qeydə alınıb. 

Belə ki, 1998-ci il təvəllüdlü Bayramova Tacimə Nazim qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 22 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib ,vəziyyətinin kafi olduğu  bildirilir.

Fuad Hüseynov

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR