Geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib

Geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib
# 02 may 2020 15:47 (UTC +04:00)

Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Geyim satışı:

• Dəyişmə otaqlarından istifadə qadağandır;

Kosmetika və ətriyyat satışı:

• Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR