Gürcüstanın nazir müavini: "Növbəti görüş ekspertlər səviyyəsində keçiriləcək"

Gürcüstanın nazir müavini: "Növbəti görüş ekspertlər səviyyəsində keçiriləcək"
# 28 may 2019 17:17 (UTC +04:00)

Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının növbəti görüşü ekspertlər səviyyəsində baş tutacaq.

ONA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia deyib.

O bildirib ki, iclasdan öncə həll edilməli olan məsələlər var. "Komissiya toplanacaq və tərəflər bir-birinin mövqeyini müzakirə edəcək. Əsas məqsəd planlaşdırılmamış 14 bölmə üzrə razılaşma əldə etməkdir", - deyə Laşa Darsalia bildirib. Nazir müavini növbəti görüşün bir ay ərzində baş tutacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR