Prezident İlham Əliyev Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB
# 05 mart 2020 19:07 (UTC +04:00)

Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin yeni binasının açılışı olub.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verildi.

Bildirildi ki, muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılıb. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.

***

4 mart

Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR