Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin nəticələrində dəyişiklik edilib.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müsabiqənin bu ilin aprel ayında bütün kütləvi informasiya vasitələrində elan olunmuş əsasnaməsində qeyd olunmuş məhdudiyyətə əsasən təqdim edilmiş musiqi materialı daha öncə səslənməmiş olmalı idi.
Lakin müsabiqə iştirakçılarından birinin bu məhdudiyyətə məhəl qoymadığı və əvvəllər fərqli sözlərlə kütləvi informasiya vasitələrində səslənmiş musiqini yeni kimi müsabiqəyə təqdim etdiyi məlum olub.
Bu səbəbdən müsabiqənin yekun nəticələrində dəyişiklik edilərək Qran-pri ləğv edilib. Müsabiqənin qalibləri aşağıdakı şəkildə müəyyən edilib.
I yer
Tural Məmmədli
II yer
Lalə Cəfərova
İlahə İsrafilova
III yer
Nərminə Nağıyeva
Fərid Fətullayev
Azərbaycan Bəstəkarlar İttifaqının xüsusi diplomu ilə təltif olunublar:
Sevinc Əliyeva
Yalçın Məlikov
Ağa Əliyev