Azərbaycan "Fərdi məlumatlar haqqında" Qanununu Avropa direktivinə uyğunlaşdırır

Azərbaycan "Fərdi məlumatlar haqqında" Qanununu Avropa direktivinə uyğunlaşdırır
# 31 may 2019 11:51 (UTC +04:00)

Azərbaycanın "Fərdi məlumatlar haqqında" Qanunu Avropada qəbul olunan müvafiq direktivə uyğunlaşdırılır.

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "EU4Digital" proqramının təqdimatında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu işlərin icrası üçün işçi qrup yaradılıb: "Bu gün işçi qrupun ilk iclası keçirilib. Güman edirik ki, biz qısa bir zamanda Avropa direktivindən irəli gələn tələbləri öz qanunvericiliyimizdə də əks etdirəcəyik”, - deyə E. Vəlizadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR