Lənkəranda bankın ofisində tüstülənmə baş verib

Lənkəranda bankın ofisində tüstülənmə baş verib
# 17 fevral 2020 19:20 (UTC +04:00)

“Beynəlxalq Bank" ASC-nin Lənkəran filialında tüstülənmə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 17:30-da bankın Şirəli Axundov küçəsi 16 ünvanında yerləşən binasının zirzəmisində tüstülənmə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə tüstülənmənin qarşısı alınıb, yanğına keçməyib. Hadisə nəticəsində 4 elektrik açarı sıradan çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR