Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistralının rayonun Borsunlu kəndindən keçən hissəsində "QAZ M-21", “Toyota Rav4” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "QAZ M-21"in sürücüsü, 1957-ci il təvəllüdlü Lətif Abdullayev və sərnişini, 1961-ci il təvəllüdlü Maarif İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır