Axtarışda olan Bakı sakini narkotiklə tutulub

Axtarışda olan Bakı sakini narkotiklə tutulub
# 14 mart 2020 13:13 (UTC +04:00)

Axtarışda olan Bakı şəhər sakini narkotiklə saxlanılıb.

Bu barədə APA-ya Daxili İşləır Nazirliyindən (DİN) bildirilib. Xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbii nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 123 qramdan artıq tiryək, 75 qrama yaxın həşiş, 14 qrama yaxın heroin, 18 qrama yaxın metamfetamin, həmçinin metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüüb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 206, 234 və 240-cı maddələri ilə axtarışda olması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR