Şəmkirdə hərəkətə olan minik avtomobili yanıb

Şəmkirdə hərəkətə olan minik avtomobili yanıb
# 23 iyun 2019 07:46 (UTC +04:00)

Şəmkir şəhərində minik avtomobili yanıb.

APA-nın yerli bürosunu məlumatına görə, hadisə bu gün səhər saat 07:00 radələrində rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2109” markalı minik maşını yanıb. Dərhal hadisə yerinə Şəmkir Yanğından mühafizə hissəsinin yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı minik maşını yararsız hala düşüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR