Nazir müavini intihara cəhd edən məktəblinin valideynlərini qəbul edib

Nazir müavini intihara cəhd edən məktəblinin valideynlərini qəbul edib
# 14 may 2019 18:19 (UTC +04:00)

Bu gün təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi F.Ə.-nin valideynlərini Təhsil Nazirliyində qəbul edib.

ONA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin də iştirak etdiyi qəbulda valideyn dinlənilib, məktəbdə aparılmış xidməti araşdırma barədə məlumat verilib, onları hazırda narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb və Təhsil İdarəsinə müvafiq göstərişlər verilib.

Xatırladaq ki, aprelin 30-da təxminən saat 20:30 radələrində paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin V sinif şagirdinin valideyni məktəb direktoruna övladının evdə valideyninin dərmanını qəbul edərək zəhərləndiyi barədə məlumat verib. 109 nömrəli məktəbin V sinif şagirdinin atası Şamxal Əliyev iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib, 6 qutu dərman atıb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR