Bu ilin mart ayında Azərbaycanda 305 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatı həyata keçirilib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ayla müqayisədə 10%, illik müqayisədə isə 63% çoxdur.
Mart ayı ərzində həyata keçirilən elektron ticarət əməliyyatlarının 268 mln. manatı debet, 37 mln. manatı isə kredit kartları ilə reallaşdırılıb.
Hesabata əsasən, bu ilin I rübündə elektron ticarətin həcmi 842 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 59% çoxdur.