ABŞ Səudiyyə Ərəbistanından neft tədarükünü bloklasa, Ər-Riyad ABŞ sahillərinə təxminən 40 mln. barel “qara qızıl” daşıyan 19 tankeri təcili olaraq başqa bir yerə yönəltməyə məcbur olacaq.
“APA-Economics” xəbər verir ki, xam neft idxalına müvəqqəti qadağanın tətbiqi ehtimalı Vaşinqtondan bir neçə rəsmi şəxs tərəfindən səsləndirilib. Buna baxmayaraq, qərarı ABŞ Prezidenti Donald Tramp verəcək və bu qarar hələ ki, verilməyib. Tam qadağa əvəzinə yüksək idxal rüsumlarının tətbiq olunması da mümkündür.
“Reuters” agentliyinin məlumatına görə, belə bir fors-major bazarlara təzyiqi daha da artıra bilər.
Agentliyə dəniz nəqliyyatı şirkətlərindən verilən məlumata görə, Ər-Riyad tərəfindən nefti okeanda sifarişli gəmilərdə saxlama məsələsinə də artıq baxılıb. Bazarlardakı volatilliyi və ümumi qeyri-müəyyənliyi nəzərə alınsa, bu variantdan imtina edilib.