Göyçayda zəhərlənmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, 1-ci Ərəbcəbirli kəndində kənd sakini Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z. Baxışova marketdən şirniyyat alıb. Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə. Baxışovun həyat soldaşı S. Baxışova, 4 yaşlı qızı Z. Baxışova və 2 yaşlı oğlu Q. Baxışov zəhərləniblər.
Xəstəxanaya müraciət edən xəstələrə ilkin-tibbi yardım göstərilib və məhkəmə-tibb ekspertizası təyin edilib.
Faktla bağlı araşdırma aparılır.