Səudiyyə Ərəbistanında ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Əl Şaara arasında görüş keçirilib.
APA xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşə onlayn qatılıb.
Görüşün əsas müzakirə mövzusu Suriya olub.
***
11:25
ABŞ Prezidenti Donald Trampla Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş başlayıb.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Görüş Səudiyyə Ərəbistanında keçirilir.