Tramp fırıldaqçılıq işinə görə 454 milyon dollar ödəyəcək

Tramp fırıldaqçılıq işinə görə 454 milyon dollar ödəyəcək
# 24 fevral 2024 05:19 (UTC +04:00)

Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın fırıldaqçılıq işi üzrə 454 milyon dollar ödəmək barədə qərar çıxarıb.

APA xəbər verir ki, bu barədə NBC telekanalı məhkəmənin qərarına istinadən xəbər yayıb.

Qeyd olunur ki, göstərilən məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faiz daxildir.

Xatırladaq ki, fevralın 16-da Nyu-Yorkdakı məhkəmə Trampı “Trump Organization”da fırıldaqçılıq ilə bağlı mülki işdə təqsirkar bilib və təxminən 355 milyon dollar ödəmək barədə hökm çıxarıb. Həmçinin siyasətçinin üç il ərzində Nyu-York əyalətindəki hər hansı bir şirkətdə vəzifə tutmağı və dövlətin maliyyə qurumlarına kredit axtarmağı qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR