Tramp Konqo və Ruanda arasında razılaşma əldə edildiyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 21 iyun 2025 10:09 (UTC +04:00)

“Dövlət katibi Marko Rubio və mən Konqo Demokratik Respublikası ilə Ruanda arasında çoxsaylı insan ölümlərinə səbəb olan müharibənin dayandırılması ilə bağlı razılaşma əıldə edilməsinə nail olduq”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin prezidentləri iyunun 23-də müvafiq sənədlərin imzalanması üçün Vaşinqtona səfər edəcək.
Ağ Ev rəhbəri, bununla yanaşı, etdiklərinə görə Nobel mükafatı almayacağını söyləyib:

“Bu mükafatı mənə Hindistan və Pakistan, Serbiya və Kosovo, Misir və Efiopiya arasında müharibələri bitirdiyim üçün də verməyəcəklər. Düşünmürəm ki, Yaxın Şərq üzrə Avraam müqavilələri səbəbindən də bu mükafatı alıb. Hərçənd, hər şey yaxşı olsa, bu sənədlər tarixdə ilk dəfə olaraq Yaxın Şərqdə birliyə səbəb olacaq. Rusiya – Ukrayna, eləcə də İsrail və İran arasında sülhün əldə edilməsinə nail olsam da “Nobel” laureatı olmayacağam. Lakin etdiyim bütün bu işləri insanlar bilir və məhz bu, mənim üçün böyük əhəmiyyət daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR