UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilir

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilir
# 12 mart 2020 16:06 (UTC +04:00)

Bu gündən UNEC-də distant dərslərə başlanılıb.

Universitetdən APA-ya verilən məlumata görə, UNEC Eksterndən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır.

Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçiləcək. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur və martın 20-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR