Gürcüstan XİN: "Azərbaycanla ortaq maraqlarımıza uyğun nəticələr əldə edəcəyik"

Gürcüstan XİN: "Azərbaycanla ortaq maraqlarımıza uyğun nəticələr əldə edəcəyik"
# 26 may 2019 15:05 (UTC +04:00)

"Əsas strateji tərəfdaşımız olan Azərbaycanla ortaq maraqlarımıza uyğun nəticələr əldə edəcəyik".

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani bildirib.

XİN rəhbəri deyib ki, uzun zamandır fəaliyyət göstərməyən sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya bu yaxınlarda yenilənib: "Biz komissiyanın mayın 23 və 24-də baş tutan görüşlərində bütün vacib məsələləri müzakirə etdik. Komissiya müzakirə apardığı bir vaxtda status-kvo dəyişməməlidir. Əsas məsələ siyasi iradədir və biz beynəlxalq hüquq çərçivəsində əsas strateji tərəfdaşımız olan Azərbaycanla ortaq maraqlarımıza uyğun nəticələr əldə edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR