Bank Of Baku

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi yaradılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 09 avqust 2021 14:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili həmin Koordinasiya Şurasının Katibliyi tərəfindən həyata keçiriləcək. 
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb. 

Koordinasiya Şurasının Katibliyinin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək. Tranzit yükdaşımalar üzrə marşrut istiqamətləri, onların texnoloji sxemləri, tariflər və tranzit yükdaşımalarla bağlı digər məlumatları Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi deyil, Koordinasiya Şurasının Katibliyi Koordinasiya Şurasının rəsmi internet saytında yerləşdirəcək.

İndiyə qədər  Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası  Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR