ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizədi Donald Tramp bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, dərhal Rusiya və Ukrayna liderləri ilə şəxsən əlaqə saxlayacaq və onları danışıqlara başlamağa çağıracaq.
APA xəbər verir ki, Donald Tramp bunu Edin Rossun canlı yayımda suallarını cavablayarkən deyib.
“Seçkilərdə qalib gəlsəm, ilk işim Putin və Zelenski ilə əlaqə saxlamaq olacaq. Mən onların hər ikisini çox yaxşı tanıyıram və bunu etməyə nail olacağam", - deyə Tramp bildirib.
O bildirib ki, qalib olacağı təqdirdə bu məsələni hətta andiçmə mərasimindən əvvəl tez həll edəcək.
Tramp həmçinin ABŞ prezidenti Co Baydenin hazırkı administrasiyasının siyasəti sayəsində başlaya biləcək üçüncü dünya müharibəsinin da qarşısını alacağına söz verib.