Bu il Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan ölkələrdən neft tədarükü 2020-ci ildə gündə 1,5 mln. barel azalacaq.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
"2020-ci ildə OPEC üzvü olmayan ölkələrdən gündəlik neft tədarükü 1,5 mln. barel azaldılacaq ki, bu da əvvəlki proqnozdan 3,26 mln. barel azdır. Qlobal iqtisadi azalmaya və tələbatın enməsinə səbəb olan “COVID-19” neft tədarükünün pozulmasına da səbəb olacaq", - hesabatda bildirilir.
Eyni zamanda, OPEC-in proqnozlarına görə, 2020-ci ildə ABŞ-dan neft tədarükü gündə 0,15 mln. barel azalacaq.
2020-ci ildə neft tədarükünün artması yalnız Norveç, Braziliya, Qayana və Avstraliyada müşahidə ediləcək.