Tramp: “Respublikaçılar Kiyevə yardımı yalnız kredit şəklində bərpa etməyi düşünür”

Tramp: “Respublikaçılar Kiyevə yardımı yalnız kredit şəklində bərpa etməyi düşünür”
# 13 aprel 2024 07:34 (UTC +04:00)

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası Ukraynaya yardımı bərpa etmək imkanını nəzərdən keçirir, ancaq bu yardım kredit şəklində olacaq.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Qanun layihəsini kredit şəklində hazırlamaq niyyətindəyik, hədiyyə olaraq deyil. Biz milyardlarla dollar həcmində hədiyyələr verməyə davam edirik”, - Tramp vurğulayıb.

Eyni zamanda Ağ Evin keçmiş rəhbəri qeyd edib ki, Avropa Ukraynaya hərbi yardımın həcmini ABŞ ilə bərabərləşdirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR