Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 05 iyul 2025 01:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə “çox yaxşı” telefon danışığından sonra Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp bu məsələyə müsbət yanaşır və daha öncədən dayandırılmış, o cümlədən Rusiya hücumlarına qarşı müdafiə üçün həyati əhəmiyyət daşıyan onlarla hava hücumundan müdafiə raketlərinin tədarükünün bərpasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Kiyev isə resurs çatışmazlığı səbəbilə yaranmış gecikmələrə baxmayaraq, bu məsələnin tezliklə həll olunacağına ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR