"Real"ın məşqləri bərpa edəcəyi vaxt müəyyənləşib

"Real"ın məşqləri bərpa edəcəyi vaxt müəyyənləşib
# 24 aprel 2020 10:09 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən martın 12-dən məşqləri dayandıran "Real" yenidən bir araya gəlməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "kral klubu" mayın 4-də məşqləri bərpa etməyi planlaşdırır.

Bununla bağlı bütün işçilər və futbolçular məlumatlandırılıb. Oyunçular aprelin 28-də koronovirus testindən keçəcəklər. Klubun bazasında bütün lazımi gigiyena tədbirlərinə uyğun təlimlər də nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb. Hazırda 56 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Real" lider "Barselona"dan 2 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR