Gürcüstanda 3.6 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 06:06-da baş verən zəlzələnin episentri Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunun Dedoplistkaro qəsəbəsindən 39 km cənub-şərqdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.