ABŞ-ın sabiq Prezidenti Donald Tramp gələn il keçiriləcək seçkilərdə yenidən Prezident seçiləcəyi təqdirdə, ABŞ-ın kənd təsərrüfatı sektoruna fayda verməyən bir neçə ölkədən qoşunlarını çıxaracağını bildirib.
APA TASS agentliyinə istinadla bildirir ki, müdafiəyə və digər məsələlərə milyardlarla dollar xərclədiklərini deyən Tramp qeyd edib: “Qoşunlarımız onları (ölkələri) qoruyur və biz demək olar buna görə onlardan heç nə almırıq. Həmin qoşunların hamısı dərhal evə qayıdacaq və biz bu ölkələrə pul xərcləməyəcəyik”.