Gürcüstanda SOCAR-a məxsus  yanacaqdoldurma məntəqəsindən oğurluq olub

Gürcüstanda SOCAR-a məxsus  yanacaqdoldurma məntəqəsindən oğurluq olub
# 02 iyul 2019 21:31 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhərində SOCAR-a məxsus qaz yanacaqdoldurma məntəqəsindən oğurluq edən iki nəfər saxlanılıb.

APA-nın yerli bürosu İnterPressNews-ə istinadən xəbər verir ki, oğurluq ötən gecə baş verib. Məntəqənin işçisinə küt alətlə xəsarət yetirən oğrular kassadakı pulları götürərək aradan çıxıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılanlar barəsində cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR