Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 30 may 2019 03:13 (UTC +04:00)

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ONA-nın xəbərinə görə, hadisə Rəşid Behbudov küçəsi ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Yusifova Amalya Zülfüqar qızını maşın vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR