® “Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə

<font color=red>® </font>“Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə
# 30 iyul 2018 14:58 (UTC +04:00)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.

İyun ayının 27-də start götürmüş müsabiqədə iştirak etmək üçün “Bakcell”i “Instagram”da izləyən abunəçilər kreativ şəkil çəkərək, onu maraqlı stikerlərlə bəzəməli və üzərinə #BakcellileDaimOnline heşteqi olan şəkili özünün “Instagram” profilindən açıq şəkildə paylaşmalı idilər. Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən əsas hədiyyənin qalibi və 2-ci yeri tutmuş 50 nəfər iştirakçı təsadüfi qaydada müəyyən edilib.

1-ci yerin qalibi “Bakcell”dən Samsung Galaxy S9 smartfonu qazanıb. Digər qaliblər isə “28 Mall”da yerləşən “Cinemaplus” kinoteatrında eksklüziv təşkil olunmuş “Qarışqa adam və arı” filminin qapalı seansına dəvət olunublar.

Qeyd edək ki, müsabiqə Bakcell-in yeni “DaimOnline” tarifinin tanıdılması məqsədilə həyata keçirilib. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verməsini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.

Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR