Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" kanalında yayımlanan peşə təhsili ilə bağlı "Dərs vaxtı"nın mayın 18-nə olan cədvəli açıqlanıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, sabah saat 16:15-də Geyim üzrə dizayner ixtisası üzrə Qolsuz don modelinin qol əlavə etməklə donun modelləşdirilməsi və 16:30-da İnteryer və eksteryerin bədii tərtibatçısı ixtisası üzrə Vitraj texnikası ilə rəsmin şüşə üzərində işlənməsi dərsləri olacaq.