“Deutsche Asset Management” şirkəti cari ilin ilk rübü üzrə mənfəətini açıqlayıb.
“APA-Economics” xəbər verir ki, birinci rübdə şirkətin gəlirlərinin ümumi məbləği 561 mln. avro, vergilər ödənilənədək mənfəəti isə 136 mln. avro təşkil edib.
Hesabat dövründə şirkətin idarə etdiyi aktivlərin dəyəri xalis pul axını və bazarda baş verən proseslər səbəbindən ilin əvvəli ilə müqayisədə 3% azalaraq 676 mlrd. avro olub.
Qeyd edək ki, “Deutsche Asset Management” Azərbaycan Respublikası Dövlət Neft Fondunu aktivlərinin bir hissəsini idarə edən alman şirkətdir. Bundan başqa, fondun xarici menecerləri kimi “Dünya Bankı Xəzinədarlığı”, "State Street Global Advisors" və UBS çıxış edirlər.