Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
APA-nın yerli bürosunun məlumatına görə, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq mayın 19-da saat 10:00-dan 17:00-dək Ceyranbatan qəsəbəsi, "Metallurq" bağları, "Yaşıldərə" yaşayış massivi, şəhərin 42, 47, 48, 49, 50, 51,52,53 -cü məhəllələrində, 10, 11, 12, 13, 16, 18, 20, 21-ci mikrorayonlarında, eləcə də, Corat qəsəbəsi, Corat, Saray, Novxanı bağları yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.