Daşkəsənə diametri 12 milli metr dolu yağıb

Daşkəsənə diametri 12 milli metr dolu yağıb
# 30 iyun 2019 21:58 (UTC +04:00)

Azərbaycanın rayonlarında qeyri sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ölkə Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır.

Daşkəsən rayonuna saat 20:35-20:45 radələrində diametri 12 milli metr dolu yağıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR