Hindistanda koronavirusa yoluxanların sayı bir gündə təxminən 1000 nəfərə yaxın artaraq 14 378-ə çatıb.
APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
Ümumilikdə hazırda 11 906 nəfərin müalicəsi davam edir, sağalanların sayı 1 991, ölənlərin sayı isə 480-ə çatıb.