Venesuela prezidenti referendumda birinci səs verib

Nikolas Maduro

© APA | Nikolas Maduro

# 03 dekabr 2023 16:28 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro yerli vaxtla saat 06:00-da Qayana ilə ərazi mübahisəsi üzrə məşvərət referendumunda ilk səs verib.

APA xəbər verir ki, bu barədə Maduro ölkənin bütün televiziya kanallarında yayımlanan Venesuela vətəndaşlarına müraciətində bildirib.

“Hər birinizin hiss edəcəyi coşğu və dərin məhəbbətlə səs verdim, Vətən sevgisini hiss etmək istəyirsinizsə, bu mübarək bazar günü, dekabrın 3-də gəlin səs verin” – müraciətdə deyilib.

"Milli birliyin güclü səsi Qayana prezidentini İrfaan Əlini Cenevrə razılaşmasına və dinc diplomatik danışıqlar mexanizmlərinə qayıtmağa təşviq etməlidir", - prezident seçki məntəqəsində keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı venesuelalıları “bu gözəl gündə ailələri ilə birlikdə səsverməyə çıxmağa” çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR