Venesuelada mədənin çökməsi nəticəsində 30 nəfər ölüb - YENİLƏNİB

Venesuelada mədənin çökməsi nəticəsində 30 nəfər ölüb - YENİLƏNİB
# 22 fevral 2024 06:05 (UTC +04:00)

Venesuelada Bulla Loca mədəninin çökməsi nəticəsində azı 30 nəfər həlak olub, daha yüz nəfər dağıntılar altında qalıb.

APA-nın məlumatına görə, bu barədə “France24” televiziyası Anqostura şəhərinin meri Yorgi Arçinieqaya istinadən məlumat yayıb.

***

21.21

Venesuelanın cənubunda qeyri-qanuni mədənin çökməsi nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “France-Presse” (AFP) məlumat yayıb.

Bolivar əyalətinin mülki təhlükəsizlik naziri bildirib ki, hadisə nəticəsindəiki nəfər həlak olub, iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Rəsmi həmçinin “vəziyyətin real qiymətləndirilməsi” üçün xilasetmə qruplarının hadisə yerinə göndərildiyini açıqlayıb. Hadisə vaxtı mədəndə 200-ə yaxın adam olub.

Öz növbəsində, CNN Espanol telekanalı xəbər verir ki, şaxtanın çökməsi nəticəsində 30 nəfər həlak olub, daha 100 nəfər dağıntılar altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR