Bank Of Baku

Bakıda narkotik satan Qazax sakini tutulub - FOTO

Bakıda narkotik satan Qazax sakini tututlub

© APA | Bakıda narkotik satan Qazax sakini tututlub

# 09 avqust 2021 12:11 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha 1 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qazax rayon sakini Yaşar İsmayılov saxlanılıb. Onun üzərindən 12 ədəd kibrit qutusunda satış üçün qablaşdırdığı narkotik vasitə olan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Yaşar İsmayılov aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını Balaxanı qəsəbəsində satışını həyata keçirdiyini bildirib. 
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Yaşar İsmayılov tutularaq istintaqa cəlb olunub. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR