Azərbaycanın milli domen zonasında (".az") 34 699 internet resursu qeydə alınıb.
"APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, cari ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 1,8% artıb. Qeydə alınan saytların ümumi sayının 32 370-i birinci səviyyəli domen zonasına aiddir ki, bu göstərici üzrə yanvar-mart ayları ərzində 2% artım müşahidə olunub.
Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə rüb üzrə qeydiyyatdan keçən saytların sayı 0,4% artaraq 1 314 ədəd təşkil edib.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 462 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinin göstəricindən 0,6% çoxdur.
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
Domen |
Qeydiyyatdan keçən saytlar |
pro.az |
1 |
name.az |
11 |
biz.az |
18 |
pp.az |
21 |
int.az |
29 |
net.az |
77 |
info.az |
105 |
co.az |
132 |
org.az |
159 |