Pandemiya dövründə beynəlxalq aviasiya şirkətləri ümumilikdə 242 milyard dollar itirib

Pandemiya dövründə beynəlxalq aviasiya şirkətləri ümumilikdə 242 milyard dollar itirib
# 11 iyun 2020 17:39 (UTC +04:00)

“Beşinci və yeddinci yolla bağlı öhdəliklərə sadiqik. Ancaq xarici şirkətlərdən tranzit olaraq, başqa dövlətlərin sərnişinlərini də gətirə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

A. Məmmədov deyib ki, hazırda bu sahədə güzəştlərin ləğvi gündəmdə deyil: “Beynəlxalq aviasiya şirkətlərinin itkisi ümumilikdə 242 milyard dollardır. 2019-cu ildə dünyada mövcud olan sərnişin daşınmasına qayıdış 2023-cü ildən tez baş verməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR