Bakıda kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonovdur.
Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.