“Washington Post” qəzetinin əməkdaşları 24 saatlıq tətil edəcəklər

“Washington Post” qəzetinin əməkdaşları 24 saatlıq tətil edəcəklər
# 06 dekabr 2023 06:35 (UTC +04:00)

“Washington Post” qəzetinin əməkdaşları ixtisarlara və uzunmüddətli müqavilə danışıqlarına etiraz olaraq dekabrın 7-də 24 saatlıq tətil keçirəcəklər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, qəzetin həmkarlar ittifaqı üzvləri il yarımdır ki, rəhbərliklə daha ədalətli müqavilələr üzrə danışıqlar aparmağa çalışırlar.

Lakin qəzetin rəhbərliyi danışıqları normal aparmaqdan imtina edib və maaş artımı, onlayn işləmə siyasəti və işçilərin psixi sağlamlığının dəstəklənməsi ilə bağlı dialoqu pozub.

Qəzetin əməkdaşları da rəhbərliyin apardığı ştat ixtisarına qarşı çıxıblar. Belə ki, son bir il ərzində 40 nəfər “Washington Post” qəzetindən qovulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR