Naxçıvanın təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları təsdiq edilib

Naxçıvanın təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları təsdiq edilib
# 10 iyun 2020 14:09 (UTC +04:00)

“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar verib.

Qərarda bildirilir ki, təhsil müəssisəsində psixoloji xidmət təhsilalanların əqli və fiziki inkişafının, habelə onların sosial müdafiəsinin təmin olunması sahəsində təhsil qanunvericiliyinə, digər normativ hüquqi aktlara və bu Qaydalara uyğun olaraq təşkil olunur, uşaq, yeniyetmə və gənclərin psixologiyası üzrə aparılan elmi tədqiqatların nəticələrinə və nailiyyətlərinə əsaslanır və Naxçıvan Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, uşaqların inkişafı sahəsində müasir nəzəriyyələri istifadə və tətbiq etməklə həyata keçirilir.

Qərarda deyilir ki, əlilliyi olan təhsilalanların təhsil alacağı sinif (qrup) yoldaşları ilə və təmasda olacağı digər təhsilalanlarla əlilliyə qarşı pozitiv münasibətin formalaşdırılması, əlilliyi olan təhsilalanın müstəqil həyata hazırlanması üçün valideynlərin və ya digər qanuni nümayəndələrin istiqamətləndirilməsi, əlilliyi olan təhsilalanların təhsilinə cavabdeh olan pedaqoji işçilərin təhsilalanların arzuolunmaz davranışının idarə olunmasına dair istiqamətləndirilməsi, təhsilalanlara problemlərin həlli və digər sosial bacarıqların aşılanması, onlarda məntiqi və yaradıcı təfəkkürün inkişafı, riskli davranışın, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış təhsilalanların sosial bacarıqlarının artırılması üzrə zəruri tədbirlər həyata keçirilir.

Psixoloqun işinin təşkili məqsədilə təhsil müəssisəsində təhsilalanlarla, təhsilverənlərlə, valideynlərlə və ya digər qanuni nümayəndələrlə görüşlər keçirmək, konsultasiya və korreksiyaedici tədbirlər aparmaq üçün avadanlıq və didaktik materiallarla təchiz edilmiş psixoloji xidmət kabineti yaradılır. Təhsil müəssisəsinin rəhbəri müəssisədə psixoloji xidmət üzrə koordinasiyanı və bu işə ümumi rəhbərliyi həyata keçirir, psixoloji xidmətin təşkili məqsədilə psixoloqun əsaslandırılmış müraciəti əsasında maddi-texniki təchizatı təmin edir.

Psixoloqun illik fəaliyyət planı hər il yanvarın 5-dən gec olmayaraq, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. İllik fəaliyyət planında psixoloji maarifləndirmə, psixoloji profilaktika, psixoloji konsultasiya istiqamətləri üzrə tədbirlər, həmçinin il ərzində keçiriləcək seminarlar, dəyirmi masalar, müzakirələr öz əksini tapır. İllik fəaliyyət planında dəyişikliklər psixoloqun əsaslandırılmış təklifləri əsasında təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

İllik fəaliyyət planına uyğun olaraq, psixoloq rübdə bir dəfə təhsil müəssisəsinin rəhbərinə hesabat verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR