Arvadını öldürən şəxs barəsində məcburi müayinə təyin olunub

Arvadını öldürən şəxs barəsində məcburi müayinə təyin olunub
# 31 oktyabr 2019 11:11 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib. Onun barəsində məcburi müalicə qərarı çıxarılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il Lökbatan qəsəbəsində baş verib

Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

M.Əliyev qətli qısqanclıq zəminində törətdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR